Azərbaycanda maşınların qiyməti yenə qalxıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maşınların qiyməti yenə qalxıb

Avto

03 İyul 2019 17:49 1455


Azərbaycanda avtomobil bazarındakı durğunluq davam edir.

“Yeni Sabah” xəbər verir ki, "Report"un ötən bazar paytaxtın Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub ki, qiymətlərin baha olması və alıcı sayının ötən illərlə müqayisədə az olması satışların kəskin azalmasına gətirib çıxarıb.

Alıcı qıtlığının əsas səbəbi kimi qiymətlərin baha olması qeyd edilir. Baxmayaraq ki, son bir ayda bir qədər ucuzlaşma olub, lakin bütövlükdə qiymətlərlə bağlı ümumi mənzərə ürəkaçan sayılmır. Bu baxımdan alıcılar çox vaxt büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərini bildiriblər. Toyuqlu pizza

Satıcıların dediyinə görə, qiyməti 9-10 min manatdan yuxarı olan "inomarkalar" var ki, aylardır bazara çıxarılmasına baxmayaraq, hələ də satılmayıb. Hazırda satışda olan avtomobillərin əksəriyyəti isə qış aylarından bazara çıxarılanlardır.

Satıcılara görə, əsas təlabat Rusiya istehsalı olan maşınlara və qiyməti 6-8 min arasında dəyişən "inomarka"laradır. Benzin mühərrikli avtomobillərə nisbətən dizel yanacağı ilə çalışan avtomobillər daha tez satılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!