Azərbaycanda məmurun ölüm səbəbi bilindi - Əmisi əməliyyat edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məmurun ölüm səbəbi bilindi - Əmisi əməliyyat edib

Hadisə

18 Oktyabr 2019 10:50 1039


Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşının ölüm səbəbi məlum olub.

"Yeni Sabah"ın məlumatına görə, Rəşad Rüstəmovun ölümünə səbəb tromboemboliya olub.

Bu barədə Trend-ə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, ölən şəxsin əmisi oğlu Fövzi Tahirov bildirib: Toyuqlu pizza

“R.Rüstəmov oktyabr ayının 13-ü yıxılaraq xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya gətirilib, onun ev şəraitində müalicə alması yalan söhbətdir. O, şəkər xəstəsi idi və ayaqlarından başqa biləyi sınmışdı, başından da travma almışdı.

Rəşad üç gün hazırlıqdan sonra əməliyyata alındı və hər şey uğurla keçdi. Təəsüf ki, sonra tromboemboliyadan dünyasını dəyişdi”.

F.Tahirov qeyd edib ki, əməliyyat boyü özü ilə birgə bütün aydiyyəti həkimlər orada olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!