Azərbaycanda məşhur general-leytenant işdən çıxarıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur general-leytenant işdən çıxarıldı - Foto

Siyasət

18 İyun 2023 21:21 50511


Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Yenisabah.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov başqa bir vəzifəyə keçməklə əlaqədar tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Hüseynov İsmayıl Xəlil oğlu 1974-cü ildə anadan olub. 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakultəsində iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən gömrük orqanlarında xidmətə başlayıb. pizza

İsmayıl Hüseynov 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə edib. 2001-ci ildə hərbi xidmətdən təxris olunduqdan sonra gömrük orqanlarında xidməti fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!