Azərbaycanda məşhur iş adamının müəmmalı ölümü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur iş adamının müəmmalı ölümü - Foto

Kriminal

16 Sentyabr 2024 20:02 2822


Ötən ilin noyabrında "İstanbul NS" klinikasında vəfat edən iş adamı, uzun illər "Natavan" trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq.

Məlumata görə, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib.

Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib. Toyuqlu pizza

Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi. O, toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı müraciət edib.//Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!