Azərbaycanda məşhur istirahət mərkəzi yandı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur istirahət mərkəzi yandı - VİDEO

Hadisə

07 Fevral 2026 23:03 9597


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Toyuqlu pizza

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.

Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!