Azərbaycanda məşhur marketlər şəbəkəsi bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur marketlər şəbəkəsi bağlanır

İqtisadiyyat

05 May 2025 22:59 3547


Azərbaycanın rayonlarında və kəndlərində fəaliyyət göstərən "Al" marketlər şəbəkəsinin dükanları bağlanır.

Yenisabah.az xəbər verir ki, bu barədə Gündəm.info.az saytı məllumat yayıb.

Bildirilib ki, son günlər Saatlı, İmişli və Sabirabad rayonlardakı "Al" marketlər bağlanır. pizza

Sayt yazır ki, "Al" marketlərin bağlanmasına səbəb kimi isə bu şəbəkə marketlərinin yetərincə rentabelli olmaması göstərilib.

Qeyd edək ki, "Al" marketlər şəbəkəsinin sahibi Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. Al Market MMC isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adəm Tansel Tuzcudur.

"Al" supermarketləri müvafiq olaraq Bazarstore MMC və Al Market MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!