Azərbaycanda minik və yük avtomobili istehsalı kəskin artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda minik və yük avtomobili istehsalı kəskin artıb

Avto

30 Noyabr 2024 16:57 4726


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 433 ədəd minik avtomobili istehsal olunub.

"Trend"in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 057 ədəd və ya (86.6%) çoxdur.

Ötən ilin 10 ayında ölkədə 2 376 ədəd minik avtomobili istehsal edilmişdi. Dördpendirli pizza

Hesabat dövründə Azərbaycanda yük avtomobillərinin istehsalı isə 399 ədəd olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 92 ədəd və ya (30%) çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!