Azərbaycanda yüzlərlə sayt bloklandı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yüzlərlə sayt bloklandı - RƏSMİ

Kriminal

23 Yanvar 2026 15:02 588


Ötən il pornoqrafik materiallar yayan 272 sayt aşkarlanaraq bloklanması təmin edilib.

"Yeni Sabah"  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilə dair keçirilmiş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, internet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1 131 ümumilikdə 3 315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!