Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

Rəqəmsal

20 Yanvar 2021 20:41 1928


İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 2 milyard 235,9 milyon manat təşkil edib.

Yenisabah.az bildirir ki, Oxu.Az-ın Dövlət Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə göstərilmiş xidmətlərin dəyəri əvvəlki illə müqayisədə real ifadədə 0,6 faiz artıb.

Xidmətlərin 74,2 faizi əhali tərəfindən istehlak olunub və əldə edilən gəlirin 41,7 faizi və ya 933,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Dördpendirli pizza

Əlavə olaraq qeyd edək ki, ötən il informasiya və rabitə sektoruna 195,2 milyon manat investisiya qoyulub, bunun 178,3 milyon manatı rabitə sektorunu əhatə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!