Azərbaycanda MSK ləğv olunmalıdır – Yeni təşəbbüs

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda MSK ləğv olunmalıdır – Yeni təşəbbüs

Xalqın səsi

27 Aprel 2019 13:21 1326


“Düşünürəm ki, Mərkəzi Seçki Komissiyasının ləğvi struktur islahatlarının növbəti mərhələsində müzakirə mövzusu ola bilər”.

“Yeni Sabah” xəbər verir ki, bu təşəbbüslə keçmiş deputat Alqış Musayev çıxış edib. O, hesab edir ki, müstəqilliyin ilk illərində belə bir qurumun yaradılmasına xüsusi ehtiyac vardı. Lakin artıq o vaxtdan 27 il keçib və etiraf etmək lazımdır ki, hazırda bu təsisat həm məzmunca, həm də prinsipcə dəbdən düşüb və köhnəlib.

“Bu həqiqətdir ki, MSK formaca sovetdən qalma bir formatdır. Digər tətərfdən, seçki prosesi bir hüquqi prosesdir. Nəyə görə belə bir hüquqi prosesə nəzarəti bu prosesi udmaqda maraqlı olan siyasi partiyalar həyata keçirməlidir? Bu baxımdan MSK-nın siyasi partiyaların nümayəndələri hesabına formalaşması özü də ədalətli deyil. Məhz bu səbəblərə görə MSK-nın ləğv edilib, səlahiyyətlərinin ya Daxili İşlər Nazirliyinə, ya da Ədliyyə nazirliyinin müvafiq ştrukturlarından birinə verilməsi daha düzgün və məqsədə uyğun olardı”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!