Azərbaycanda müğənni qəzada həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müğənni qəzada həlak oldu

Kriminal

12 Mart 2019 11:49 1368


Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “Kia” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş. pizza

Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.

ONA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!