Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarılıb?   - AÇIQLAMA + YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşı işdən çıxarılıb? - AÇIQLAMA + YENİLƏNİB

Siyasət

29 May 2021 19:15 2491


Dövlət Sosial Müdafiə Fondunun Qazax Şöbəsində 30-nəfər əməkdaşın işdən çıxarılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar, işçilərin işdən azad edilməsi faktı əsassızdır. Toyuqlu pizza

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.

Yenisabah.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.

İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.

Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!