Azərbaycanda nə qədər avtomobil istehsal olunub? - Açıqlandı

Azərbaycanda nə qədər avtomobil istehsal olunub? - Açıqlandı

Avto

29 Noyabr 2022 00:54 2712


2022-ci ilin yanvar-oktyabr aylarında 1634 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 ədəd az minik avtomobili istehsal olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-oktyabr aylarında 441,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 faiz, maşın və avadanlıqların istehsalı isə 45,0 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8,4 faiz azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!