Azərbaycanda nəqliyyat qadağası – Baş nazirdən qərar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nəqliyyat qadağası – Baş nazirdən qərar

Avto

26 Dekabr 2020 12:35 3317


Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişkliyə görə, Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Marqarita pizza

 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

Qərar 2020-ci il dekabrın 28-dən qüvvəyə minəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!