Azərbaycanda maaşlar bu qədər artdı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Sosial

13 Aprel 2026 15:28 25398


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. pizza

Bu il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məmmədova Xanım
    Neft sənayesində(MMC-də) çalışıram. Mənim əmək haqqım bu il azaldılıb.İnanmayanlar yoxlaya bilərlər, xüsusilə, yanvar və mart aylarında 500 man fərqində az almışam, çınki sürüşkən qrafikdən çıxarılmışam .
    1 month ago
  • Elvin
    Baki gəmiqayırma zavodunun əməkdaşyam bəs Niyə zavoda maşlar Qalxmır mən şikayət etmək istəmirəm bu nə haldki buvəzyətə gətirib zavodun rəhbəri Fəhlə təbəqəsin düşünmür niyə bu problemlə maraqlanın əkis halda yaxcl olmayacaq
    1 month ago
  • Hesen
    Esas lazim,olan asağı maaş .minimum emekhaqqı,veteran pulu.niye qaldırmırsız.niye bir yardım etmirsiz başa düşmürsüz bu aşağı tebeqeni.sesine ses vermirsiz ,susdurursuz?
    1 month ago