Ötən ilin statistik məlumatlarına əsasən, ölkədə fəaliyyət göstərən otellərin qiymətlərində bahalaşma qeydə alınıb. Turizm ekspertləri bunu ölkəyə gələn turistlərin sayının çox olması ilə əlaqələndirirlər.
Ümumilikdə isə ötən il turizm sektorunda 6 faizlik artım qeydə alınıb, ölkəyə 2,8 milyon turist gəlib. Statistik məlumatlara əsasən, ölkəyə gələn qonaqlar 2 milyard dollardan çox vəsait xərcləyiblər.
Turizm eksperti Rəhman Quliyev deyir ki, ötən il ölkəyə gələn turistlərin sayının çox olması otellərdə qiymətlərin beş faiz artmasına səbəb olub. Dominos pizza
R. Quliyevin sözlərinə görə, ölkə daxilində qiymətlərin artmasına ötən illərlə müqayisədə yerli vətəndaşların daha çox yerli turizmə maraq göstərmələri də səbəb olub.
Ekspert bildirir ki, qarşıdan gələn əlamətdar günlərlə əlaqədar otellərin doluluq səviyyəsinın maksimum həddə çatacağı və qiymətlərin 10-15 faiz artması gözlənilir.
Xezerxeber.az
Telegram kanalımız