Mövcud Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğunlaşdırılması planlaşdırılır.
“Yeni Sabah” xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Görüşdə qeyri hökumət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edib. pizza
Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə ovçuluq təsərrüfatlarının durumu barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.
Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli “biznes plan”ın və təkliflərin hazırlanaraq üç həftə ərzində Nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb.
Telegram kanalımız