Azərbaycanda partiya sədri dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda partiya sədri dünyasını dəyişdi

Siyasət

28 Avqust 2019 10:17 1314


Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucusu və ilk sədri Məmməd Əlizadə bu gün dünyasını dəyişib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı DADP sədri Əlisahib Hüseynov yayıb. “Az öncə Məmməd Əlizadənin vəfat etdiyini eşitdim. Məmməd müəllim hazırda rəhbərlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucusu və ilk sədri olub. Azərbaycanın müstəqillik hərəkatının fəal üzvlərindən biri olan M.Əlizadə dəyərli ziyalılarımızdan idi. Mən bütün DADP üzvləri adından mərhum sədrimizin ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, Məmməd müəllimin ruhuna Allahdan rəhmət diləyirəm.

Allah rəhmət eləsin!”,- deyə Əlisahib Hüseynov “Facebook” səhifəsində qeyd edib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!