Azərbaycanda partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu

Siyasət

18 Noyabr 2022 17:04 749


Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Anar Əsədli özünün "Facebook" hesabında məlumat yayıb.

"Bu gün Ankaraya səfərim var idi və hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Eliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb. Pepperoni pizza

Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu kiçik bir məmur yanlışlığıdır", A.Əsədli bildirib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!