Azərbaycanda Paşinyanın gəlişinə hazırlıq görülür? - Deputatdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Paşinyanın gəlişinə hazırlıq görülür? - Deputatdan açıqlama

Siyasət

03 İyun 2022 16:00 22659


Bir müddət əvvəl YAP-çı deputat Elman Nəsirovun Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana gələ biləcəylə bağlı səsləndirdiyi fikirlər maraqla qarşılandı. Məsələyə münasibət bildirən hüququ müdafiəçisi Novella Cəfəroğlu da analoji mövqedən çıxış edərək, Ermənistanın hökumət başçısının Bakıya gələ biləcəyini istisna etmədi. Ötən gün isə sabiq XİN başçısı Elmar Məmmədyarov analoji fikir səsləndirdi. 

Nə baş verir? Azərbaycanda Paşinyanın gəlişinə hazırlıq görülür? 

Milli Məclisin deputatı Cavid Osmanov Yenisabah.az-a açıqlamasında deyib ki, gələcəkdə erməni nümayəndə heyəti Azərbaycana gəlməsini və yaxud Azərbaycan nümayəndə heyəti Ermənistana getməsini sitisna etmir. O, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanamsından sonra baş tuta biləcək qarşılıqlı səfərlərdən söz açıb. Sezar pizza

Millət vəkili qeyd edib ki, 30 il müddətində Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdərək Azərbaycanın 20% torpaqlarını işğala məruz qoymuşdu:

“Birinci Qarabağ müharibəsində ermənilər təkcə Azərbaycan torpaqlarını işğala məruz qoymadılar, eyni zamanda onlar tərəfindən xalqımıza qaşrı misli görünməmiş, amansız soyqırımlar törədilmişdir. Xocalı, Qaradağlı, Ağdaban və digər soyqırımları Azərbaycan xalqı heç vaxt unutmayacaq. Eyni zamanda onlar 30 il müddətində işğal altında saxladıqları ərazilərdə sosial obyektləri tamamilə dağıtmış, infrastrukturu məhv etmiş, evləri, mənzilləri tamamilə yerlə yeksan etmiş, ekologiyamıza qarşı amansız bir vəhşilik göstərmişdilər. Tarixi, dini, mədəni abidələrimizi dağıdıb daş üstündə daş qoymamışdılar.

44 günük Vətən Müharibəsində rəşadətli ordumuz qələbə qazandı və ərazi bütövlüyümüzü bərpa etdi. Əlbəttə ki, 44 günlük savaşda Azərbaycan ləyaqətli müharibə apararaq yalnız və yalnız erməni hərbi birləşmələrini, terrorçuları məhv etdi”.

C. Osmanov onu da vurğulayıb ki, Vətən Müharibəsindən əvvəl də ölkəmizdə keçirilən müxtəlif, xüsusən də idman tədbirlərində Ermənistandan olan idmançılar iştirak edib:

“Eləcə də bir neçə ay bundan öncə millət vəkillərimiz Ermənistanda keçirilən beynəlxalq tədbirdə iştirak etdilər.

Bu gün Azərbaycan tərəfindən qalib dövlət kimi, bölgədə sülhün və əmin-amanlığın təmin olunması üçün 5 baza prinsipi irəli sürülmüşdü ki, bu da beynəlxalq aləmdə qəbul olunan çox sadə prinsiplərdir. Bunlar sülh müqaviləsinin imzalanması, diplomatik əlaqələrin qurulması, nəqliyyat xəttlərinin açılması, sərhədlərin təyin edilməsi və son olaraq iqtisadı əlaqələrin qurulmasıdır. Belə olan halda gələcəkdə istisna deyil ki, erməni nümayəndə heyəti Azərbaycana gəlsin və yaxud Azərbaycan nümayəndə heyəti Ermənistana getsin və danışıqlar prosesində, yaxud da beynəlxalq tədbirlərdə iştirak etsin”.

“Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz bölgədə sülh istəyirik və bunun üçün də Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etmişik. Lakin biz tarixi də heç vaxt unutmamalıyıq. Bu baxımdan, biz tariximizi unutmayaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etmişik.

Hətta Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti dövründə də ölkəmizdəki çoxsaylı xalqlar kimi erməniəsilli vətəndaşlarımız da olub. Bu gün də işğaldan azad olunmuş ərazilərdə - hansında ki, müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələri nəzarət edir – ermənilər yaşayır və onlar gələcəkdə Azərbaycan qanunları altında ölkəmizdə yaşayacaqlar. Bütün bunlardan sonra gedən proseslər daxilində hər iki ölkənin nümayəndə heyəti bir-birilərinə qarşılıqlı səfər edə bilərlər.

Əgər xalqımızın psixoloji durumundan söhbət gedirsə, bəli, bu, ağırdır, çətindir, lakin eyni zamanda da biz bölgədə sülhün olması üçün çıxış etmişik və gələcəkdə də bu barədə növbəti addımlarımızı atacağıq”, - müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!