Azərbaycanda pensiyaçıların sayı sürətlə azalır - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiyaçıların sayı sürətlə azalır - Rəsmi

Sosial

26 Sentyabr 2024 10:58 1357


Cari ilin məlumatlarına görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfər olub.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır. Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.

Bununla yanaşı, son beş ildə pensiyaçıların sayı 174 min 601 nəfər, son on ildə isə 194 min 924 nəfər azalıb. Həmçinin bu il yaşa görə pensiya alanların sayı 701 min 637 məfər, əlilliyə görə pensiya alanların sayı 258 min 101 nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayı 136 min 220 nəfər olub. Dominos pizza

Rəsmi məlumatlara görə, pensiyaçıların sayının azalması sosial pensiyaların sosial müavinətlərlə əvəz edilməsi ilə əlaqədardır.

Azərbaycanda son beş ildə pensiyaçıların sayı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!