Azərbaycanda prezident vəzifəsi ləğv olunsun – Ekspertdən təklif

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda prezident vəzifəsi ləğv olunsun – Ekspertdən təklif

Siyasət

18 Mart 2019 12:03 1556


“İslahat institutsional anlayışdı, qanunların, qaydaların, Ana Yasanın dəyişməsi ilə müşahidə edilməlidir. Siyasi islahat idarəetmənin forması, fəlsəfəsi dəyişəndə baş verir”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Prezidentin imzaladığı əfv sərəncamının pozitiv xəbər olduğunu, siyasi açılım işarəsi kimi qəbul edilə biləcəyini deyən ekspert digər bir tərəfdən islahat olmadığını vurğulayıb: 

“Siyasi açılımın davamı kimi ölkədə açıq dialoq ortamı yaranmalı, bu addımın nəticəsində mütəxəssislərdən ibarət geniş tərkibli komissiya qurulmalı, həmin qurum sıfırdan yeni Ana Yasanın yazılması üçün işə başlamalıdır. Dördpendirli pizza

Yeni Ali Qanunda keçid dövrü üçün (iki ilə yaxın) tam səlahiyyətli prezident üsul-idarəsi qalmalı, keçid dövrürnün tamamında ölkə Parlament Respublikasına keçməli, seçkilər ancaq proporsional sistemlə keçirilməli, Böyük Şəhər Bələdiyyələri qurulmalı, seçkili Mer instititu bərqərar olmalıdır”. 

N. Cəfərli təklif edib ki, keçid dövründə paralel olaraq yeni Ana Yasanı qəbul edəcək Təsisçi və ya Qurucu Məclis seçkiləri keçirilməlidir (məsələn, 2020-ci ildə) həmin Məclis yeni Ana Yasanı qəbul etdikdən sonra özünü buraxmalıdır: “Prezident yaxın 2 ildə öz vəzifəsində və səlahiyyətlərində qalır, keçid dövrünün moderatoru rolunu oynayır. İki ildən sonra yeni Ana Yasaya uyğun Parlament seçkiləri keçirilir, hökumət parlamentdən çıxır, prezident isə simvolik fiqura, dövlətin ali təmsilçisinə çevrilir və səlahiyyət müddəti bitənə qədər vəzifəsində qalır. Səlahiyyət müddəti bitəndə ölkədə artıq prezident vəzifəsi olmur, bu vəzifə tarixin arxivinə göndərilir.

Siyasi islahatin resepti, yolu, məncə budur. Bu gün baş verənlər islahat deyil, açılımın zəif işartısıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!