Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı

Kriminal

07 Fevral 2019 20:52 1315


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində təqsirləndirilən şəxsin bacısı Samirə Rzayeva ifadə verib.

S.Rzayeva bildirib ki, qardaşı iki dəfə dayısını yandırmaq istəyib. O qeyd edib ki, qardaşını dəfələrlə dəlixanaya yerləşdirmək istəyiblər. Amma o, bunu qəbul etməyib: Dominos pizza

“Getmək istəmirdi. Artıq hər yeri, hər şeyi dağıdırdı. Dəfələrlə evi yandırıb. Pişiyi dörd yerə bölüb evdən asırdı. Deyirdi ki, bu, yaxşı şeydir”.

Məhkəmə prosesi fevralın 13-də davam etdiriləcək. 

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib.

Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.

Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!