Bakıda mənzildən qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1943-cü il təvəllüdlü Haqverdiyeva Sahibə Ağasəlim qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. pizza
Telegram kanalımız