Mingəçevirdə mənzildə meyit aşkarlanıb.
FHN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü But Stasiya Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Telegram kanalımız