Azərbaycanda qardaş yaşlı bacısını döydü, vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qardaş yaşlı bacısını döydü, vəziyyəti ağırdır

Hadisə

08 Oktyabr 2019 20:36 1223


Xətai rayonunda döyülmə faktı qeydə alınıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə "NZS" qəsəbəsi, Mingəçevir küçəsində baş verib.

Belə ki, ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib. Sezar pizza

Yaralı dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ona başın və döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!