Azərbaycanda qatar qəzası ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qatar qəzası ilə bağlı rəsmi açıqlama

Avto

09 İyul 2019 16:25 1924


“Azərbaycan Dəmir Yolları” QSC ötən gecə baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

Qurumdan “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermis hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb. 

Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Hadisə ilə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.  Dominos pizza

8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnib,  kontakt naqilində qopmalar baş verib. 

Təcili olaraq bərpa işlərinə başlanılıb, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınıb. 

“Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olamayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara  yol verilməyib.  

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat  ləngimə qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!