Azərbaycanda qaz hasilatı 25 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qaz hasilatı 25 faiz artıb

İqtisadiyyat

22 Aprel 2019 16:42 954


"Bu günədək "Şahdəniz" yatağından 104,2 milyard kubmetr qaz və 25,1 milyon ton kondensat hasil edilib".

“Yeni Sabah” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın 4-cü "Downstream Xəzər və Mərkəzi Asiya - treydinq, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda deyib.

Nazir bildirib ki, bu ilin yanvar-mart aylarında ölkədə qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,1 milyard kubmetr təşkil edib. Qaz ixracı isə 26,6 faiz artaraq 3,2 milyard kubmetrə bərabər olub. Dördpendirli pizza

Onun sözlərinə görə, "Şahdəniz" yatağından hasilat payı 4,3 milyard kubmetr qaz və 1 milyon ton kondensat təşkil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!