Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq

Rəqəmsal

10 Aprel 2023 20:33 4332


Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi iki qardaş xalqın - Qazaxıstan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına mühüm töhfə verə bilər.

Yenisabah.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxışı zamanı deyib.

“Ona görə də danışıqlar zamanı Qazaxıstan telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində yayımı, o cümlədən animasiya filmlərinin yayımı ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib”, - o bildirib. Dominos pizza

Q.Tokayev, həmçinin vurğulayıb ki, bu gün həm də beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər”, - Qasım-Jomart Tokayev söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!