Ağstafa rayonunda maşın yanıb.
"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini Budaqov Sənan Əhməd oğluna məxsus “VAZ 2107” markalı maşın alışaraq yanıb. pizza mizza
S.Budaqov bildirir ki, maşının yanmasına səbəb avtomobilə quraşdırdığı səsgücləndiricilər olub.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.



Telegram kanalımız