Azərbaycanda qəribə qəza: Sürücüsüz maşın piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qəribə qəza: Sürücüsüz maşın piyadanı vurdu

Hadisə

05 Oktyabr 2019 14:49 957


Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Yeni Sabah" "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində binaların birinin qarşısında qeydə alınıb. 

İlkin məlumatlara görə, içərisində sürücüsü olmayan avtomobil anidən hərəkətə gəlib və  binanın qarşısından keçən 1943-cü il təvəllüldü Həsənov Ənvər Ədil oğlunu vurub.  pizza hut

Nəticədə yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən 76 yaşlı piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!