Azərbaycanda qəzada ölən vəzifəli şəxs içkili olub? - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qəzada ölən vəzifəli şəxs içkili olub? - Video

Hadisə

20 Fevral 2024 22:14 1007


Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli kənd ərazi nümayəndəsi, 1985-ci il təvəllüdlü Fərrux Cabbarov yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Mərhumun qohumunun sözlərinə görə, icra nümayəndəsi sükan arxasında olarkən ürək tutması səbəbindən dünyasını dəyişib.

Sosial şəbəkələrdə Fərrux Cabbarovun sürücülük hüququnun olmaması, avtomobilinin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi haqda yayılan xəbərlərə mərhumun qohumu belə aydınlıq gətirib: Toyuqlu pizza

“Çoxu deyir ki, içkili olub, sürücülük vəsiqəsi olmayıb. Xeyr, yalan söhbətdir. Sürücülük vəsiqəsi var, içki qəbul edən insan deyil. Rayonumuz, camaatımız üçün çalışan biri idi”.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!