Azərbaycanda qış turizm mövsümünə start verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qış turizm mövsümünə start verildi

Turizm

14 Dekabr 2024 18:25 8730


Azərbaycanda qış turizm mövsümünə rəsmən start verilib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Qeyd edib ki, ölkənin qış turizm imkanlarının genişləndirilməsi, beynəlxalq turistlərin cəlb olunması və daxili turizmin inkişafı məqsədilə yeni layihələr həyata keçirilir. pizza mizza

O, Azərbaycanın təbiət turizmi, mədəniyyət, macəra, sağlamlıq və qış turizmi istiqamətlərində xüsusi təşviqat işlərinin aparıldığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!