Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb

Sağlamlıq

06 Mart 2019 19:38 1159


“Azərbaycanda ötən ilin noyabrından qızılcaya yoluxma halları aşkarlanır. Laborator müayinələr nəticəsində 2018-ci ilin dekabr ayında 55, 2019-cu ilin yanvar ayında 106, fevralda isə 110 qızılcaya yoluxma qeydə alınıb”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, xəstəliyə yoluxanların əksəriyyəti, təxminən 93 faizi, vaxtilə peyvənd olunmamış 20-40 yaşlı şəxslərdir: “Tək-tək hallarda uşaqlarda da qızılcaya yoluxma öz təsdiqini tapıb. Onlar müxtəlif səbəblərdən peyvənddən kənarda qalmış uşaqlardır”. Dominos pizza

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzaladığını xatırladan direktor müavininin sözlərinə görə, artıq Azərbaycana böyük yaşlı əhali üçün nəzərdə tutulan 160 doza vaksin gətirilib: “Müxtəlif səbəblərdən peyvənd olunmamış 10 yaşa qədər uşaqların valideynləri isə istənilən vaxt ərazi tibb müəssisələrinə müraciət edə bilərlər. Ölkədə uşaqların sayına uyğun, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə cavab verən kifayət qədər təhlükəsiz qızılca-parotit-məxmərək əleyhinə kombinə olunmuş vaksin var”.

A. Əliyeva əhalinin xaricə səfərləri ilə əlaqədar xəstəliyin Azərbaycana gətirilmə hallarının da qeydə alındığını vurğulayıb.

ONA.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!