Azərbaycanda Qurban bayramı namazı qılınmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Qurban bayramı namazı qılınmayacaq

Din

28 İyul 2020 15:15 1134


Koronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.

Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür.   Sezar pizza

Xatırladaq ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə, bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!