Azərbaycanda qurumların dron sevdası –   Ekspert nə təklif edir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qurumların dron sevdası – Ekspert nə təklif edir?

Rəqəmsal

09 İyul 2019 09:56 1755


“Düşünürəm ki, dronların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert bildirib ki, ölkəyə dron gətirilməsi prosesi daha da sərtləşdirilib:

“Məlumdur ki, qanunvericiliyə görə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə dron gətirmək istəyən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) müraciət etməli və 4 qurumun - XDMX, DTX, DSX və MN-in icazəsini təqdim etməliydi”

Ekspert deyir ki, indi isə bu qurumların sayı 6-ya çatıb:

“Lakin dron gətirilməsinə icazə vermək istəyənlərin sayı günü -gündən artır.  İndi də DİN dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə, Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlayiyyət verilib. Beləliklə, dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur. Belə görünür ki, növbəti mərhələdə K/T Nazirliyi, Miqrasiya Xidməti, FHN və s. qurumlar da belə səlahiyyətlər istəyəcəklər”.

O.Gündüz bu yanaşmanı doğru hesab etmədiyini və bu sahədə bütün səlahiyyətlərin vahid qruma verilməli olduğunu qeyd edib:

“Son dövrlərdə Prezident fərmanı ilə informasiya təhlükəsizliyi sahəsində kordinasiya səlahiyyətləri XDMX –ya verilib. Belə olan halda dronlarla əlaqəli proseduraları bu qədər sərtləşdriməkdən, vətəndaşları 6 dövlət qurumuna yönləndirməkdənsə,  yaxşı olmazdımı bu işlə elə bir qurum, məsələn XDMX məşğul olsun?”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!