Şair-tərcüməçi Qoca Xalid (Namizəd Xalidoğlu) vəfat edib.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Şair 71 yaşında dünyasını dəyişib. Dominos pizza
Mərhum Şəki rayonunda dəfn olunub.
Q.Xalid 1955-ci ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub.
O, fəaliyyəti dövründə rus ədəbiyyatından bir neçə yazıçının əsərlərini tərcümə edib. Sağlığında “Xatirə yağışı”, “Rus poeziyası. Seçmə şeirlər” kimi kitabları işıq üzü görüb.
Şair Şəki şəhərində yaşayırdı.
Allah rəhmət eləsin!
Nazim Hacıyev
Telegram kanalımız