Azərbaycanda satılan ən bahalı avtomobillər   - 1 milyon manata yaxın...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda satılan ən bahalı avtomobillər - 1 milyon manata yaxın...

Avto

04 May 2021 02:28 3437


Ölkədə satılan ən bahalı avtomobilin qiyməti yarım milyon dollara yaxındır. Belə ki, Azərbaycanda ən bahalı avtomobil “Rolls-Royce” markasına aiddir.

Yenisabah.az xəbər verir ki, Bakı şəhərində satışa çıxarılan “Rolls-Royce Cullinan” modelinin (6.7 L, 2019 il) qiyməti 480 min ABŞ dollarıdır (816 min AZN).

pizza hut

“Rolls-Royce” ailəsinə aid “Wraith” modeli isə (6.5 L, 2016 il) 304 min ABŞ dollarına (516 800 manat) satılır.

Üçüncü ən bahalı avtomobil isə “Lamborghini Huracan” modelidir. Bu modelin (5.2 L, 2017 il) qiyməti 265 000 ABŞ dollarıdır (450 500 manat).

Digər ən bahalı avtomobil isə “Mercedes” markasına daxildir. Bakıda “Mercedes-Maybach S 560” modeli (4.0 L, 2020 il) 258 min ABŞ dollarına (438 min manat) satılır.

Bakıda beşinci ən bahalı avtomobil isə “Bentley” ailəsinə adiddir. “Bentley Flying Spur” markalı avtomobil (6.0 L, 2020 il) 350 min manata satışa çıxarılıb.

/Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!