Azərbaycanda sərnişin avtobusuna hücum -   Yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sərnişin avtobusuna hücum - Yaralananlar var

Hadisə

23 Oktyabr 2019 14:54 1598


Goranboy rayonu ərazisində sərnişin avtobusuna hücum olub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Nadirkənd kəndi yaxınlığında baş verib. Belə ki, naməlum şəxslər Gəncə-Bakı marşrutu ilə hərəkət edən avtobusa daş ataraq, şüşələrini sındırıblar. Hadisə nəticəsində yaralananlar var. 

Yaralananlardan biri - 2000-ci il təvəllüdlü, Gəncə şəhər sakini Nağıyev Teymur Daşqın oğluna Goranboy rayon Təcili Tibbi Yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib. Dördpendirli pizza

Digər sərnişinlər isə müayinə olunublar. Onların arasında azyaşlıların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!