Bu gün səhər saat 10.50 radələrində Gəncə şəhəri yaxınlığında "ATEF" Şirkətlər Qrupunun 2 işçisi ehtiyatsızlıqdan bədbəxt hadisə ilə üzləşib.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, "Tatlı" stansiyasının hər iki yolunun kontakt şəbəkəsində əsaslı təmir işlərinin aparılması üçün cəlb olunan "ATEF" Şirkətlər qrupunun işçiləri Daşqın Mustafayev və Zaur Həsənov kontakt şəbəkəsində yüksək gərginliyin açılmasını gözləmədən həmin şəbəkənin dayağına çıxaraq işə başlayıb və nəticədə yüksək gərginlik altına düşüblər.
Hadisə nəticəsində Daşqın Mustafayev dünyasını dəyişib, Zaur Həsənov isə xəsarət aldığından Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Marqarita pizza
Hazırda baş vermiş bədbəxt hadisə ilə əlaqədar araşdırma aparılır.
Telegram kanalımız