Azərbaycanda son beş ildə 121 polis xidmətdən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son beş ildə 121 polis xidmətdən azad edildi

Maraqlı

27 Oktyabr 2023 18:51 936


Ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1 286 polis əməkdaşı barəsində araşdırmalar aparılıb.

Yenisabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.

O bildirib ki, bu müddətdə 121 nəfər xidmətdən xaric edilib, 139 nəfər tutduğu vəzifədən azad olunub. 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görülüb. Cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edilib, 16 əməkdaşın tutduğu vəzifədən azad olunub, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!