Azərbaycanda son sutka ərzində 36 nəfər koronavirusdan vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutka ərzində 36 nəfər koronavirusdan vəfat edib

Sağlamlıq

25 Dekabr 2020 16:46 1518


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 4359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib, aktiv xəstə sayı 49 103 nəfərdir. Marqarita pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 300, ötən müddət ərzində isə ümumilikdə 2 129 291 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!