Azərbaycanda son sutka ərzində koronavirusdan 42 nəfər vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutka ərzində koronavirusdan 42 nəfər vəfat edib

Sağlamlıq

09 Dekabr 2020 14:48 836


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 403 yeni yoluxma faktı qeydə alınıb, 2 919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir. Toyuqlu pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!