Azərbaycanda son sutkada 40 nəfər koronavirusdan vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutkada 40 nəfər koronavirusdan vəfat edib

Sağlamlıq

03 Dekabr 2020 15:42 1011


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 nəfərdir. Dördpendirli pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, ötən müddət ərzində isə ümumilikdə 1 781 218 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!