Azərbaycanda “Sputnik V” vaksini istehsal ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “Sputnik V” vaksini istehsal ediləcək

Sağlamlıq

05 İyun 2021 17:09 938


Azərbaycan-Rusiya əczaçılıq zavodunda "Sputnik V" koronavirus vaksininin istehsalı planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

O bildirib ki, bir müddət əvvəl Azərbaycanda açılmış zavodda artıq müəyyən məhsullar istehsal olunur: "Mənə məlum olduğu qədər, zavodda Rusiya vaksininin istehsalı planlaşdırılır. Biz müntəzəm olaraq Rusiya ilə, digər ölkələrdən tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndiririk. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi bir qədər azalıb. Bununla belə, biz həmin göstəricini bərpa etməyi planlaşdırırıq. Pandemiyaya qədər ölkələr arasında artım trendi müşahidə olunurdu. 2017-ci ildən 2020-ci ilədək Azərbaycandan Rusiyaya qeyri-neft ixracı hər il 15-25 faiz artırdı"./Teleqraf Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!