Ağdaş rayonunun Bulaqotağı kəndində, Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun axtarışları başa çatıb.
FHN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, Ə. Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Telegram kanalımız