Azərbaycanda süni İntellekt sahəsində yeni dövlət standartı qəbul edilib.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası - Süni intellekt - İdarəetmə sistemi” dövlət standartını qəbul edib.
Yenisabah.az AZSTAND-a istinadən xəbər verir ki, yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın qorunması tələblərini müəyyən edir. Eyni zamanda süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritmləri və yanaşmaları əhatə edir.
Telegram kanalımız