Masallıda baş verən dəhşətli qəza sərnişin daşıyan mikroavtobuslar mövzusunu yenidən gündəmə gətirib. Əksər qəzaların məhz sürücü məsuliyyətsizliyindən yarandığı qeyd olunur.
Bu gün isə sosial çəbəkələrdə daha bir ciddi qayda pozuntusu haqda video yayılıb.
“Yeni Sabah” xəbər verir ki, magistral yollardan birində “Mersedes Vito” markalı avtomobilin sürücüsü ayağının birini pəncərədən bayıra çıxararaq maşını idarə edir. Sezar pizza
99-RB-822 dövlət nömrə nişanlı maşının sürücüsü sürətli yolda heç bir məsuliyyət daşımadan belə bir hərəkət edir.
Videonu təqdim edirik:
Telegram kanalımız