Azərbaycanda tələbkarın əmlakı əldə etməsi qaydası dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tələbkarın əmlakı əldə etməsi qaydası dəyişir

İqtisadiyyat

02 İyul 2025 20:48 429


Azərbaycanda icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakı və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakı "İcra haqqında" qanuna uyğun olaraq tələbkarın əldə etməsi tələbkarın yazılı müraciəti əsasında notariuun bu barədə şəhadətnamə verməsi ilə rəsmiləşdiriləcək.

Yenisabah.az xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş "Notariat haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Şəhadətnamə müvafiq əmlakı tələbkarın qəbul etməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkarın imzaladığı "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat informasiya sisteminə göndərilən protokol əsasında verilir. Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır./Report Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!