Bu gün səhər saatlarında "ARB Media Qrup"a daxil olan tematik musiqi kanalı "ARB Ulduz"un peyk vasitəsi ilə yayımının dayanması müşahidə olunub.
Məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib "ARB Ulduz" telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib.
"Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup"a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz" telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz" da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi". Dördpendirli pizza
Azxeber.com
Telegram kanalımız